Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2024-cü ili 7 milyard 858 milyon manat xalis mənfəətlə başa vurub.
Bu barədə Finss.az fondun yaydığı məlumatlara əsasən xəbər verir ki, ötən illə müqayisədə bu göstərici 245 milyon manat və ya 3% azalma deməkdir. Xatırladaq ki, ARDNF 2023-cü ildə 8 milyard 103 milyon manat xalis mənfəət əldə edib.
Fondun ötənilki gəlir strukturu isə belə olub:
- İstiqrazlardan gəlir – 680,2 milyon manat
- Səhmlər üzrə gəlir – 3 milyard 213 milyon manat
- Törəmə maliyyə alətlərindən zərər – 6,3 milyon manat
- Qızıl külçələrindən gəlir – 3 milyard 386 milyon manat
- Özəl səhm fondlarından gəlir – 377,8 milyon manat
- Daşınmaz əmlak fondlarından gəlir – 32,3 milyon manat
- İnvestisiya mülkiyyətindən gəlir – 84,95 milyon manat
- Amortizasiya olunmuş dəyərlə ölçülən maliyyə alətləri üzrə məzənnə fərqindən yaranan zərər – 108 milyon manat
- Effektiv faiz dərəcəsi ilə hesablanmış faiz gəlirləri – 218,4 milyon manat
- Sair gəlirlər – 38,7 milyon manat
- Əməliyyat xərcləri – 79,1 milyon manat
Fondun ümumi investisiya fəaliyyətindən əldə etdiyi gəlirlər və yaranan zərərlər, dünya maliyyə bazarlarında dəyişkənlik fonunda diversifikasiya strategiyalarının effektivliyinə də işarə edir.
Fuad Mədətov
Finss.az