Bakı. Trend:
289 müəllifin 391 əsəri qeydiyyatdan keçirilib. Bu da keçən ilinmüvafiq dövrü ilə müqayisədə 133 əsər çoxdur.
Trend-inməlumatına görə, bu barədə məlumat Əqli Mülkiyyət Agentliyində2025-ci ilin 6 ayında görülmüş işlərin yekunları üzrə qısa icmaldaöz əksini tapıb.
Belə ki, ixtira, faydalı model və sənaye nümunəsininpatentləşdirilməsinə dair Agentliyə 200 iddia sənədi (2024-cü ilinmüvafiq hesabat dövründə 142 iddia sənədi), o cümlədən ixtiraya aid142 (2024-cü ilin müvafiq hesabat dövründə 104), faydalı modelə aid27 (2024-cü ilin müvafiq hesabat dövründə 22), sənaye nümunəsinəaid 31 (2024-cü ilin müvafiq hesabat dövründə 16) iddia sənədidaxil olmuşdur. Patentlərin alınması ilə bağlı daxil olmuş iddiasənədlərinin sayı (ixtira fəallığı) 2024-cü ilin müvafiq hesabatdövrü ilə müqayisədə ixtiralar üzrə 36,5%, faydalı modellər üzrə22,7%, sənaye nümunələri üzrə isə 93,8% artmışdır.
Avrasiya Patent İdarəsinə göndərilməsi üçün 30 (2024-cü ilinmüvafiq hesabat dövründə 18) və PCT beynəlxalq sistemi vasitəsiləpatent alınması məqsədilə Beynəlxalq Büroya göndərilməsi üçün 3(2024-cü ilin müvafiq hesabat dövründə 1) iddia sənədi daxilolmuşdur. Daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı)2024-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə Avrasiya Patentİdarəsinə göndərilməsi üçün təqdim olunan iddia sənədləri üzrə58,8%, Beynəlxalq Büroya göndərilməsi üçün təqdim olunan iddiasənədləri üzrə isə 200% artmışdır.
2025-ci ilin birinci yarısında Dövlət Reyestrində 127 patent(2024-cü ilin müvafiq hesabat dövründə 95 patent), o cümlədənixtiralara dair 81 (2024-cü ilin müvafiq hesabat dövründə 56),faydalı modelə aid 34 (2024-cü ilin müvafiq hesabat dövründə 30) vəsənaye nümunələrinə aid 12 (2024-cü ilin müvafiq hesabat dövründə9) patent qeydiyyata alınmışdır. Patent fəallığı 2024-cü ilinmüvafiq hesabat dövrü ilə müqayisədə 33,7% artmışdır.