AZ

Azərbaycana gətirilən elektromobillərin qiyməti 18%-ə yaxın ucuzlaşıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 929 ədədyalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri(elektromobil) gətirilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri31,625 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə, miqdar ifadəsiilə 596 ədəd və ya 38,3%, dəyər ifadəsi ilə isə 30,589 milyon ABŞdolları və ya təxminən iki dəfə azdır.

Ötən ilin birinci yarısında Azərbaycana xaricdən 62,214 milyonABŞ dolları dəyərində 1 505 ədəd yalnız elektrik mühərrikləhərəkətə gətirilən nəqliyyat vasitələri gətirilmişdi.

Hesabat dövründə ölkəyə idxal edilən bir ədəd elektromobilinorta qiyməti 34 min ABŞ dolları olub ki, bu da, illik müqayisədə7,3 min ABŞ dolları, yaxud da 17,7% ucuzdur. 2024-üc ilin ilk altıayında ölkəyə idxal edilən bir ədəd elektromobilin orta qiyməti41,3 min ABŞ dolları olmuşdu.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana 51 min727 ədəd avtomobil idxal edilib. Bu sayda avtomobilin idxalınaçəkilən xərcin həcmi 960,708 milyon ABŞ dolları olub. Avtomobilidxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 9 min392 ədəd və ya 22,2%, dəyər ifadəsi ilə 181,344 milyon ABŞ dolları,yaxud da 23,3% artıb.

Dövr ərzində ölkəyə 20,245 milyon ABŞ dolları dəyərində 250 ədədsürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçünnəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 865,346 milyonABŞ dolları dəyərində 47 min 199 ədəd əsasən adam daşımaq üçünnəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyatvasitələri idxal edilib.

Seçilən
2
3
az.trend.az

10Mənbələr