AZ

Çində “Vifa” qasırğasına görə 670 min nəfər təxliyə edilib

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Qazaxıstana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 29 milyon 501 min 48 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Qazaxıstana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 33,4 faiz artaraq, 215 milyon 620 min 86 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq, 8 milyard 125 milyon 141 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1 milyard 199 milyon 934 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 7,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 17 milyard 348 min 641 dollar məbləğində hazır geyim ixrac edib.

Seçilən
10
50
turkic.world

10Mənbələr