Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Rusiyaya, Kiyevlə 50 gün ərzində sülh sazişi imzalamaq tələbi ilə verdiyi ultimatum, Ukraynadakı münaqişənin başa çatmasına gətirib çıxarmayacaq. Bu barədə Çikaqo Universitetinin professoru Con Mirşaymer YouTube-dakı Deep Dive kanalına verdiyi açıqlamada bildirib. “O həqiqətənmi inanır ki, bu hər şey 50 günə bitəcək? Tramp Putinə ultimatum verəcək və o sadəcə təslim olacaq, kapitulyasiya edəcək? Mən buna inanmıram. Şübhə edirəm ki, bu müharibə davam edəcək və nəhayət, ruslar qalib gələcəklər”, — deyə professor bildirib. İyulun 14-də Tramp bəyan etmişdi ki, əgər 50 gün ərzində Ukrayna münaqişəsi üzrə sülh razılaşması əldə olunmasa, Moskva və onun ticarət tərəfdaşlarına qarşı 100 faiz dəyərində tariflər tətbiq olunacaq. ABŞ lideri, Rusiyanı Ukraynadakı vəziyyətin tənzimlənməsi ilə bağlı “boş danışıqlar” aparmaqda ittiham etmişdi. Bundan əvvəl Financial Times qəzetinin şərhçisi Edvard Lüs bildirmişdi ki, Tramp, 50 günlük ultimatum müddəti bitdikdən sonra Rusiyaya qarşı sanksiyaları tətbiq etməyəcək. Lüsə görə, təklif olunan “sarsıdıcı sanksiyalar” haqqında qanun layihəsi olduqca məntiqsiz görünür, çünki bu sanksiyalar birbaşa ABŞ-ın özünə də zərər vura bilər.