BAKI, 21 iyul, TELEQRAF
Nizami rayonu, Heydər Əliyev propekti, "Koroğlu” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
Məlumatı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Qəza səbəbindən Aeroport şosesi, Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. Hazırda polis əməkdaşları hadisə yerindədir və qəzada iştirak edən avtomobilin yoldan kənarlaşdırılması işləri görülür.