AZ

Boston şəhərində Azərbaycanlı gənclərin diaspor birliyi gücləndirildi

Boston

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən görüş, gənclərin birliyini və ictimai fəallığını artırdı. BostonMassachusetts ştatının Boston şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə gənclər, tələbələr və tələbə təşkilatlarının rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli və dəyərli bir görüş keçirildi.Tədbirin təşkilində göstərdikləri dəstəyə görə Komitənin sədri cənab Fuad Muradov, habelə Salhat Abbasova, Zaur Salmanov, Aytən Rəhimova və digər təşkilatçılara dərin təşəkkürümüzü bildiririk.Gənclərə və tələbələrə göstərilən diqqət və qayğı, onların birliyini gücləndirir, ictimai fəallığını artırır və diasporamızın səsinin beynəlxalq arenada daha da yüksəlməsinə töhfə verir.Midwest Azərbaycan Student Alliance təşkilatının rəhbəri və təsisçisi olaraq, bu tədbirdə iştirak etmək imkanına görə təşkilatçılara təşəkkürümüzü bildiririk.Bu cür platformalar həm təcrübə, həm də ruh yüksəkliyi baxımından bizim üçün çox önəmlidir.Rəxşəndə DaşdəmirovaUlusum.az

Diqqət Çəkənlər

Anar Məmmədxanov – Gülüşlə Yadda Qalan Lider

"Hər ürəyi olan uça bilməz" – həkimdən sərnişinlərə XƏBƏRDARLIQ

Vyetnamda turist faciəsi: 48 nəfərin olduğu gəmi çevrildi

Seçilən
0
22
ulusum.az

10Mənbələr