AZ

“K Group” şirkətinin vəzifəli şəxsi cərimələndi

Mərkəzi Bank “K Group” MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb.

FED.az xəbər verir ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsi ilə müəyyən edilmiş tələbin pozulmasına görə “K Group” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2.-ci maddəsinə müvafiq olaraq 2000 manat məbləğində cərimə edilmişdir.

Qeyd dək ki,  “K Group” Bakının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatorudur. 

phrase_var_article.chosen
45
13
fed.az

10phrase_var_article.sources