“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza özünə klub axtarır.
90deqiqe.Az xəbər verir ki, Merisayd təmsilçisinin futbolçusu daha çox İtaliyaya qayıtmağa can atır.
26 yaşlı futbolçu artıq İngiltərə təmsilçisinin mövsümöncəsi təlim-məşq toplanışını vaxtından əvvəl tərk edib.
O, ötən ilin yayında “Liverpul”a keçmiş və 2028-ci ilin yayına qədər müqavilə imzalamışdı. Lakin Kyeza Premyer Liqa klubunda gözlənilən performansı sərgiləyə bilməyib.
İtaliyalı futbolçu geridə qalan mövsümdə cəmi 14 oyuna çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.