AZ

Acun Ilıcalı Fənərbağça nın idarə heyətindən niyə ayrıldı? Futbol mütəxəssisi aydınlıq gətirdi

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında 2024-2025-ci illər mövsümündə Türkiyə futbolunun yekunu barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, 2024-2025-ci illər mövsümündə Türkiyə Superliqasında "Qalatasaray" qələbə qazanıb. Sarı-qırmızılar ardıcıl olaraq 3-cü dəfə titula yiyələniblər. Digər tərəfdən "Fənərbağça", "Beşiktaş", "Trabzonspor" kimi kollektivlər də iddialıdırlar və sarı-qırmızıların hegemonluğuna son qoymaq istəyirlər.

Podkastda futbol mütəxəssisi Elçin Cəfərov "Qalatasaray"ın hegemonluğu sona çatacaqmı?" sualını cavablandırarkən bildirib ki, yeni mövsüm öncəsi bütün diqqətlər İstanbul nəhənglərinin, xüsusilə də "Fənərbağça" və "Beşiktaş"ın üzərindədir:

"Qalatasaray"ın hegemonluğuna son qoymaq məqsədilə həmin klublar yeni transferlərə başlayıblar. Lakin sarı-qırmızıların da heyətində yeniliklər edəcəyi gözlənilir. "Qalatasaray" mövsümə yenə iddialı başlayır. Məncə, 4-cü dəfə çempion ola bilər".

Elçin Cəfərov həmçinin Acun Ilıcalının "Fənərbağça"nın idarə heyətindən hansı səbəbdən ayrılmasına da aydınlıq gətirib.

"Acun Ilıcalı klub prezidentinin qarşısına "ya mən, ya da Mourinyo" şərtini qoydu. Ali Koç da Mourinyonu seçdi", − deyə o bildirib.

Acun Ilıcalı "Fənərbağça"nın idarə heyətindən niyə ayrıldı? - Futbol mütəxəssisi aydınlıq gətirdi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
48
oxu.az

10Mənbələr