"Fənərbağça" Con Duranla birlikdə mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər"də növbəti hədəf Milan Şkrinyardır. İstanbul klubu slovakiyalı müdafiəçi üçün PSJ ilə danışıqlar aparır.
Bu barədəTürkiyə mətbuatı və insayder Fabritsio Romano məlumat yayıb.
"Sarı-lacıvərdlilər" Şkrinyara illik 9 milyon avro məvacib önərib. PSJ bu keçiddən bonuslarla birlikdə 15 milyon avro qazanacaq.
Qeyd edək ki, slovakiyalı başa çatan mövsümün ikinci yarısını da "Fənərbağça"da keçirib. O, burada 23 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.