Bakı. Trend:
Birləşmiş Ştatlar hakimiyyəti gələn həftə Rusiyanın 2016-cı ilABŞ prezident seçkilərinə müdaxiləsi barədə daha geniş məlumatıictimaiyyətə təqdim edəcək.
Trend-inməlumatına görə, bunu ABŞ Milli Kəşfiyyatının direktoru TulsiQabbard "Fox News" kanalına müsahibəsində bildirib.
“Gələn həftə bunun necə baş verdiyi və bu məlumatın Amerikaxalqından nə dərəcədə gizlədildiyi barədə daha ətraflı məlumatverəcəyik,” – deyə o bildirib.
Qabbard əlavə edib ki, ABŞ administrasiyasında məlumatlarınmanipulyasiyası ilə bağlı məsul şəxslərə ittiham irəli sürmək üçünkifayət qədər dəlil var:
“Əlimizdə olan bütün sənədləri ABŞ Ədliyyə Nazirliyinə təqdimedəcəyik. Məsuliyyət daşıyanlar, nə qədər güclü olsalar da, ittihamolunmalıdır,” – ABŞ Milli Kəşfiyyat rəhbəri vurğulayıb.