AZ

ABŞ bu həftə Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı yeni məlumatları açıqlayacaq

ABŞ

Birləşmiş Ştatlar hakimiyyəti gələn həftə Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsinin olub-olmaması ilə bağlı daha ətraflı məlumatı ictimaiyyətə açıqlayacaq.

"Report" xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard "Fox News"a müsahibəsində deyib.

"Gələn həftə bunun necə baş verdiyi və bu məlumatın Amerika xalqından nə dərəcədə gizlədildiyi barədə daha ətraflı məlumat verəcəyik", dedi.

Qabbardın sözlərinə görə, ABŞ administrasiyasında məlumatların uydurulmasına görə məsul şəxslərə qarşı ittiham irəli sürmək üçün kifayət qədər dəlil var. "Biz əlimizdə olan hər şeyi ABŞ Ədliyyə Nazirliyinə təhvil verəcəyik. Buna görə məsuliyyət daşıyanlar, indi nə qədər güclü olsalar da, ittiham edilməlidir", - ABŞ milli kəşfiyyatının rəhbəri qeyd edib.

Seçilən
17
50
xalqcebhesi.az

10Mənbələr