“Atletiko Madrid”in yarımmüdafiəçisi Saul Nikes “Trabzonspor”a keçir.
Viral.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat verib.
Onun sözlərinə görə, Türkiyə klubu növbəti həftə yeni transferini açıqlayacaq.
Son Yazılar:
- “Atletiko”nun oyunçusu Türkiyə klubuna keçir
- Ermənistan keçmiş hərbçini Rusiyaya təhvil vermədi
- Aİ ölkələrindən 1860 Gürcüstan vətəndaşı deportasiya edilib
Türkiyəli insayder Yağız Sabuncuoğlu isə dəqiqləşdirir ki, təcrübəli ispaniyalı futbolçu 4 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Nikes 2008-ci ildən etibarən “Atletiko”nun şərəfini qoruyur. Madrid təmsilçisinin heyətində o 6 titul qazanıb, o cümlədən La Liqa (1 dəfə), Avropa Liqası (2 dəfə) və UEFA Superkubokunu (1 dəfə) başı üzərində qaldırıb.
Nikes ötən mövsüm icarə əsasında “Sevilya”da çıxış edib.