Bakı, 21 iyul, AZƏRTAC
İspaniyanın “Atletiko Madrid” komandasının futbolçusu Saul Niqesin Türkiyə təmsilçisi “Trabzonspor”a keçidi baş tutmayıb.
AZƏRTAC Qara dəniz klubunun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi qərarına imtina edib. Oyunçu ailəsini səbəb gətirərək transferin reallaşmayacağını bildirib.
Türkiyə klubu daha əvvəl ispaniyalı futbolçu və klubu ilə razılıq əldə etmişdi.