"Trabzonspor"un Saul Nigez transferi baş tutmayıb.
Offsideplus.az xəbər verir ki, buna futbolçunun ailə məsələləri səbəb olub. İspan yarımmüdafiəçi sosial şəbəkə səhifəsində bu barədə paylaşım edib:
"Şəxsi məsələlərə görə alınmadı. Ümid edirəm ki, yollarımız bir daha kəsişər", deyə Saul qeyd edib.
Xatırladaq ki, "Atletiko"nun formasını geyinən Saulun bu gün Trabzona gəlməsi gözlənilirdi.