AZ

Prezidentin xüsusi nümayəndəsi: Laçın şəhəri beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

“Biz çox böyük məmnuniyyətlə qeyd etmək istəyirik ki, Laçın şəhəri Azərbaycan, Türkiyə Prezidentləri və Pakistanın Baş naziri iştirakı ilə Zirvə görüşünü, həmçinin bir çox beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. İyunun əvvəlində Laçında MDB-nin mədəniyyət paytaxtının rəsmi açılış mərasimi olub. Sizin iştirakınızla keçirilən bu tədbir bunu bir daha sübut edir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən dəyirmi masada deyib.

Laçının tamamilə bərpa olunan şəhər olduğunu diqqətə çatdıran xüsusi nümayəndə, şəhərin müxtəlif formada inkişaf etdiyini, son iki il ərzində hava limanı, beynəlxalq əhəmiyyətli tunellər inşa edildiyini bildirib.

"500-ə yaxın yerli əhali öz torpaqlarına qayıdıb. Burada təkcə mərkəz yox, digər kəndlərdə də bərpa işləri aparılır. Onu da qeyd etmək istəyirəm ki, daha üç kənd bərpa olunub. Həmin bölgəyə 1500 sakin yerləşəcək", - deyə o əlavə edib.

Bizim.Media

Seçilən
73
8
bizim.media

10Mənbələr