İyulun 24-də Şir bürcündə kritik yeni ay baş tutacaq. Astroloq Dinçer Güner bu yeni ayın çətinliklərinə diqqət çəkərək bütün bürclər üçün vacib proqnozlar verib.
Referans verir ki, astroloqun sözlərinə görə, 5 bürc üçün pul, 2 bürc üçün eşq, 4 bürc üçün yeni başlanğıc, 1 bürc üçünsə evlilik mümkündür:
Qoç
Bu dövrdə aşiq ola bilərsiniz! Yeni tanışlıqlar, həyəcanlı münasibətlər gündəmdədir. Eyni zamanda, uşaqlarınızla bağlı qürurverici inkişaflar ola bilər. Ancaq dostlarınız arasında qısqanclıq və rəqabətə diqqət edin.
Buğa
Ev və ailə ilə bağlı köklü dəyişikliklər sizi gözləyir. Ev dəyişmək və ya təmir kimi hadisələr gündəmdə ola bilər. Eyni zamanda, daxili dünyanızla üzləşmək və emosional sağalma üçün əlverişli dövrdür.
Əkizlər
Yeni təkliflər, anlaşmalar və sosial əlaqələr sizi tapacaq. Sosial mediada və ictimai platformalarda daha çox görünəcəksiniz. Ancaq sözlərinizə diqqət yetirin, yanlış anlaşılmalar ola bilər.
Xərçəng
Gəlirlər yoldadır! Yeni qazanc yolları, bacarıqla qazanılan gəlir ön planda olacaq. Kredit və ortaq maliyyə məsələlərində ehtiyatlı olmaq vacibdir. Büdcənizi planlamağın tam zamanıdır.
Şir
Sizin dövrünüz başlayır! Xarici görünüşünüzdən tutmuş şəxsi həyatınıza qədər hər şey dəyişə bilər. Yeni hədəflər qoyacaq və cəsarətlə irəliləyəcəksiniz. Ancaq manipulyasiya edən insanlara qarşı ayıq olun.
Qız
Mənəvi təmizlənmə vaxtıdır. Gizli qalan məsələlər və ya arxanızca danışılanlar ortaya çıxa bilər. Stress və qorxulara qalib gəlməyi öyrənmək üçün meditasiya, psixoloji dəstək faydalı olacaq.
Tərəzi
Yeni insanlar, yeni çevrələr və yeni layihələr sizi tapacaq. Sosial həyatda ön planda olacaqsınız. Lakin qısqanclıqlar və dostlar arasında gərginliklər mümkündür. Münasibətlərdə sağlam sərhədlər vacibdir.
Əqrəb
Yeni vəzifə və ya şəxsi biznesinizi qurmaq üçün əla dövrdür. Ancaq rəhbərlərlə münasibətə diqqət yetirin. Emosiyalarınızı idarə etmək əhəmiyyətlidir.
Oxatan
Sərhədləri aşacaqsınız! Təhsil, səyahət və beynəlxalq əlaqələr ön planda olacaq. Uğurlu layihələr və şəxsi inkişaf üçün ideal zamandır. Yalnız radikal fikirlərlə mübahisədən uzaq durun.
Oğlaq
Maliyyə və münasibətlərdə dönüş nöqtəsi olacaq. Kredit və ya mirasla bağlı gərginlik yarana bilər. Duygusal böhranlarla üzləşə bilərsiniz, lakin bu, daxili transformasiya gətirəcək.
Dolça
Münasibətlər sınaqdan keçir. Yeni münasibət və ya evlilik qərarları verə bilərsiniz. Ancaq partnyorunuzla mübahisələrdən uzaq durun. Sağlam əlaqələr üçün qarşılıqlı anlayış vacibdir.
Balıq
Sağlamlıq üçün atılan addımlar və gündəlik rejimdə dəyişikliklər sizi gözləyir. Yeni iş imkanları və ya mövcud işdə yenilik mümkündür. Qeyri-səmimi iş yoldaşlarına qarşı diqqətli olun.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta