AZ

27 yaşlı çilingəri cərəyan vurdu

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü İsmayılov Orxan Bəşir oğlu işlədiyi sənaye müəssisəsində xəsarət alıb. Hadisə şəhərin 76-cı məhəllə ərazisində yerləşən müəssisədə qeydə alınıb.

Elektrik çilingəri kimi fəaliyyət göstərən Orxan İsmayılovu iş zamanı ehtiyatsızlıq səbəbindən elektrik cərəyanı vurub. Nəticədə o, müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
41
bakivaxti.az

10Mənbələr