AZ

Gənc futbolçu atışma zamanı öldü

ABŞ-li futbolçu Kori Adams Tennessi ştatında atışma nəticəsində həlak olub.

Moderator.az xəbər verir ki, bu barədə AP Şelbi dairəsinin şerif ofisinə istinadən məlumat yayıb.

Adams birinci kurs tələbəsi olub. İyulun 20-də o, Memfisin kənarında avtomobildə güllələnib.

"Şelbi qraflığının yanğınsöndürmə idarəsinin əməkdaşları daha sonra futbolçunun hadisə yerində öldüyünü təsdiqləyiblər", - deyə şerif ofisindən bildiriblər.

Qeyd olunub ki, hadisə zamanı həyati təhlükəsi olmayan güllə yaraları alan daha dörd nəfər şəxsi avtomobilləri ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.

18 yaşlı Adams ABŞ-nin ən perspektivli müdafiəçilərindən biri olub.

Seçilən
35
8
moderator.az

10Mənbələr