AZ

Mask "Grok"un uşaqlar üçün versiyasını yaradacaq

Amerikalı iş adamı İlon Maskın "xAI" startapı "Grok" süni intellekti əsasında uşaqlar üçün "Baby Grok" adlı çat-botunu yaratmağı planlaşdırır.
 
Moderator.az xəbər verir ki, İlon Mask bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
"Uşaqlardan ötrü məqbul kontent üçün nəzərdə tutulmuş "Baby Grok xAI" tətbiqini qurmağa hazırlaşırıq" , - deyə o yazıb.
 
Xatırladaq ki, Mask 2023-cü ilin aprelində "xAI" startapını qurub. Bir neçə ay sonra şirkət "Grok" süni intellekti əsasında çat-botunu təqdim edib.
Seçilən
45
33
moderator.az

10Mənbələr