AZ

"Real" Rodriqonu yalnız bu şərtlə buraxacaq

"Real" klubu vinger Rodriqo Qoesin yay transfer pəncərəsində satışı ilə bağlı təşəbbüs göstərməyəcək.

90deqiqe.Az “Marca”ya istinadən xəbər verir ki,  24 yaşlı futbolçunun gələcəyi ilə bağlı qərar onun öz istəyindən asılı olacaq.

Mənbənin iddiasına görə, braziliyalı bu yayı karyerasında dəyişiklik üçün doğru zaman hesab edir. Xüsusilə də, klubun baş məşqçisi Xabi Alonsonun Klublararası Dünya Çempionatında ona kifayət qədər oyun vaxtı verməməsi bu fikri gücləndirib. Bildirilir ki, ispan mütəxəssis bu addımı ilə heyətdə başqa oyunçulara üstünlük verdiyini nümayiş etdirib.

Geridə qalan mövsümdə Rodriqo bütün turnirlərdə 54 matçda iştirak edib, 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Real"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 90 milyon avro olaraq göstərir.

Seçilən
32
50
90deqiqe.az

10Mənbələr