Bakı. Trend:
İspaniyanın “Real Madrid” komandası üç futbolçu ilə yollarınıayırmağı planlaşdırır.
Trend-in məlumatına görə, klublararası dünya çempionatındamübarizəni yarımfinal mərhələsində dayandıran “kral klubu” qapıçıAndrey Lunin, yarımmüdafiəçi Dani Sebalyos və hücumçu Rodriqonutransferə çıxarmaq istəyir.
İddiaya görə, “kral klubu”nun yeni baş məşqçisi Xabi Alonsohəmin oyunçuların satılmasına qarşı deyil. Çünki ispaniyalımütəxəssis onların komandaya xeyir verə biləcəklərini düşünmür.
Əvəzində isə X. Alonso heyətə yeni müdafiəçinin cəlb olunmasındamaraqlıdır. Müdafiə xəttindəki boşluqlar baş məşqçini ciddi şəkildənarahat edir.