AZ

“Barselona” Markus Reşfordu icarəyə götürür

Bakı. Trend:

“Barselona” İngiltərənin “Mançester Yunayted” klubuna məxsushücumçu Markus Reşfordu satınalma (opsion) şərti ilə icarəyəgötürəcək.

Trend xəbər verirki, klublar arasında anlaşma yekunlaşıb. 27 yaşlı futbolçunun yaxıngünlərdə Kataloniyaya gələrək tibbi müayinədən keçməsi və rəsmimüqaviləyə imza atması gözlənilir.

Müqavilədə gələcəkdə tam transferi mümkün edən satınalmamaddəsinin yer aldığı bildirilir.

Qeyd edək ki, Markus Reşford 2024/2025 mövsümünün ikincihissəsini icarə əsasında “Aston Villa”da keçirib və komandanınheyətində 17 oyunda 4 qol vurub.

Seçilən
60
38
az.trend.az

10Mənbələr