İngiltərə millisinin və “Mançester Yunayted”in hücumçusu Markos Reşford “Barselona”ya keçə bilər.
90deqiqe.Az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi futbolçunun icarəsi ilə bağlı danışıqlarda irəliləyişə nail olub.
Mənbənin məlumatına əsasən, “qırmızı şeytanlar” Reşfordun icarə əsasında “Barselona”ya keçməsi və sonradan birdəfəlik transferi nəzərdə tutan şərtlərlə ilkin razılıq verib. Lakin hələlik rəsmi yekun qərar və razılaşdırılmış müqavilə yoxdur.
Qeyd edək ki, Markos Reşford “Mançester Yunayted”in yetirməsidir və klubun əsas heyətində uzun illərdir çıxış edir. 26 yaşlı forvard ötən mövsümün ikinci yarısını “Aston Villa”da icarə əsasında keçirmişdi. İngiltərə mətbuatının məlumatına görə, yeni baş məşqçi Ruben Amorim Reşfordu komandanın gələcək planlarına daxil etmir.