AZ

İsrail və Suriya atəşkəsdə RAZILAŞDI: Şərtlər AÇIQLANIB

Suriya və İsrail, son günlərdə Suriya cənubundakı Süveyda şəhərində Dürzi və Bədəvi ərəblər arasında baş verən silahlı qarşıdurmaların ardından atəşkəs razılaşmasına gəlib. ABŞ-ın Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrack, razılaşmanın Türkiyə və digər bölgə ölkələrinin dəstəyi ilə əldə edildiyini açıqlayıb.

Bu barədə News24.az Milliyet-ə istinadən xəbər verir. 

Atəşkəsin şərtlərinə əsasən:

Süveydaya dövlət qüvvələrinin girişi təmin olunacaq,

Silahlı qruplar ləğv ediləcək və silahlar təhvil veriləcək,

Qrup üzvləri dövlət strukturlarına inteqrasiya olunacaq,

Rəsmi qurumlar bölgədə fəaliyyətini bərpa edəcək.

Əmrlərə tabe olmayanlara təhlükəsiz çıxış hüququ tanınacaq. Hazırda şəhər mərkəzi aşiret güclərinin nəzarətindədir, Dürzi qruplar isə bölgədən çəkilib.

Xeyrənsə Piriyeva

Seçilən
62
45
news24.az

10Mənbələr