AZ

“Zirə” - “Hayduk” matçından öncə açıq məşqlərin vaxtı bilindi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Zirə” – “Hayduk” oyunundan əvvəlki mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iyulun 22-də saat 18:00-da “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı təşkil olunacaq. Tədbir 8-ci km qəsəbə stadionunda olacaq. Saat 19:00-da isə Suraxanı qəsəbə stadionunda media üçün açıq məşq keçiriləcək.

“Hayduk”un baş məşqçisi Qonsalo Qarsiyanın mətbuat konfransı da 8-ci km qəsəbə stadionunda keçiriləcək. Tədbirə saat 19:00-da start veriləcək. Saat 19:30-da isə Split təmsilçisinin 8-ci km qəsəbə stadionunda media üçün açıq məşqinə start veriləcək.

Qeyd edək ki, həm Azərbaycan, həm də Xorvatiya klublarının məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.

Seçilən
68
12
arena.az

10Mənbələr