Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) qarşılaşacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, siyahıya ikisi qapıçı olmaqla, ümumilikdə 21 futbolçunun adı daxil edilib:
Qapıçılar: 12. Kristian Avram, 94. Tərlan Əhmədli;
Müdafiəçilər: 34. Ürfan Abbasov, 77. Bruno Franko, 5. Slavik Alxasov, 26. Ömər Buludov, 3. Bəxtiyar Həsənalızadə, 22. Elçin Mustafayev, 17. İssuf Paro, 4. İqor Ribeyro;
Yarımmüdafiəçilər: 70. Çarlz Boli, 29. Vanderson Melo, 19. Bar Kohen, 6. Patrik Andrade, 2. Qara Qarayev, 14. Ülvü İsgəndərov, 7. Hamidu Keyta, 23. Nuno Rodriges, 10. Felipe Santos;
Hücumçular: 16. Ramon Maçado, 11. Ba-Muaka Simakala.
Xatırladaq ki, “Araz-Naxçıvan” – “Aris” oyunu iyulun 24-də “Dalğa Arena”da keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək. Tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.