“İşğaldan azad edilən ərazilərdə görülən işlər bütün dünyaya mesajdır”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, Prezidentin Xocalı və Ağdama səfəri bunu bir daha sübut edir:
“Bu gün Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərə - Xocalı və Ağdama səfəri, səfər əsnasında sakinlərlə görüşü, bir sıra müəssisələrin açılışında iştirakı göstərdi ki, bu torpaqların həqiqi sahibi Azərbaycan xalqı, Azərbaycan dövlətidir. Məhz buna görə də bu xalq bu torpaqlarda xarüqələr yaratmaqda, böyük qurucluq işləri aparmaqda davam edir, öz əzmi ilə bütün dünyanı heyrətləndirir.
Prezidentimizin sakinlərlə dialoqu da xalqımızın və dövlətimizin gücünü, mübarizə və qurub-yaratmaq əzmini göstərdi. Dövlət başçısı bildirdi ki, ədalət hər zaman zəfər çalmalıdır və bunun üçün gücə, “Dəmir yumruğ”a ehtiyac var. Azərbaycan Vətən müharibəsində düşmənə “Dəmir yumruq” hesabına qalib gəldi. Hansı ki, bu “Dəmir yumruq” bu gün də yerindədir və bundan sonra da yerində olacaq”.
Seymur ƏLİYEV