Premyer Liqada çıxış edəcək 4 klub – “Turan Tovuz”, “Kəpəz”, “Karvan” və “İmişli”nin ev oyunlarını hansı stadionda keçirəcəyi bəlli olub.
Yevlax və Tovuz şəhər stadionlarında təmir işləri aparıldığı üçün bu bölgələri təmsil edəcək “Karvan” Şamaxıda, “Turan Tovuz” isə “Azersun Arena”da çıxış edəcək.
Bunlarla yanaşı, Gəncə şəhər stadionunun açılışı da Premyer Liqanın startına yetişməyəcək. Bu səbəbdən də “Kəpəz” ev oyunlarını Qəbələdə oynayacaq.
Daha bir stadionsuz Premyer Liqa klubu “İmişli” isə Qubaya “köçür”. Bölgə klubu İmişlidəki stadionun problemini həll edənə qədər rəqiblərini Qubada qəbul edəcək.
İdmanxeber.az