AZ

Şəhidimiz Xaliddin Nəsibovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Xaliddin Nəsibov 1998-ci il iyulun 17-də Qazax rayonunun Qarapapaq kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2012-2015 ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 5 noyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Xaliddin Nəsibov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
60
15
qht.az

10Mənbələr