AZ

Bu gün qəhrəman şəhidimiz Surac Sadıqovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Surac Ədalət oğlu Sadıqov 15 iyul 2001-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 10 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Surac Sadıqov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
69
15
qht.az

10Mənbələr