AZ

Ermənistanda Karapetyana əlavə ittiham irəli sürülüb

Bakı.Trend:

Ermənistanda təhqiqatçılar həbs olunmuş rusiyalı biznesmenSamvel Karapetyana qarşı əlavə ittiham irəli sürüblər.

Trend bu barədəErmənistan KİV-ə istinadən xəbər verir.

“Taşir” şirkətlər qrupunun prezidenti eyni zamanda çirklipulların yuyulmasında ittiham olunur. Buna qədər ona konstitusiyanizamını pozmaqla bağlı çağırışlar etmək ittihamı irəlisürülmüşdü.

“Son günlər heç bir əsas olmadan Samvel Karapetyana qarşı birneçə şirkətin fəaliyyəti nəticəsində əldə olunmuş pullarınyuyulması ittihamı irəli sürülüb”, – Karapetyan komandasınınyaydığı məlumatda qeyd olunub.

Komanda bu ittihamı siyasi təqib adlandıraraq, bunun hazırkıhakimiyyətin siyasi rəqiblərinə qarşı tətbiq etdiyi adi birpraktika halına gəldiyini bildirib.

Seçilən
44
45
az.trend.az

10Mənbələr