AZ

Ermənistanda çevrilişə cəhd: Daha 7 nəfərə HƏBS

2020-ci il noyabrın 10-da Ermənistan hökumətinin, Milli Məclisin inzibati binalarında və digər yerlərdə kütləvi iğtişaşların təşkili, onlarda iştirak, konstitusiya quruluşunun zorakılıqla devrilməsinə çağırışlar etmə faktları üzrə başlanmış cinayət işi çərçivəsində daha 7 nəfərin şəxsiyyəti müəyyən edilib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Müstəntiqin vəsatəti əsasında prokuror 7 nəfərin barəsində cinayət təqibinin başlanması barədə qərar qəbul edib. 

Həmin şəxslərin saxlanıldığı bildirilir. 7 nəfər barəsində inzibati nəzarət qaydasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlər məhkəməyə təqdim olunub. 

phrase_var_article.chosen
116
45
cebheinfo.az

10phrase_var_article.sources