AZ

Ermənistanda terora cəhd ittihamı ilə daha 7 nəfər saxlanılıb - Çox sayda silah-sursat götürülüb

 

Ermənistanda terror aktlarının hazırlanması faktı ilə bağlı başlanmış cinayət işi üzrə daha  7 nəfər saxlanılıb. 

Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə respublikanın  İstintaq Komitəsi məlumat yayıb.

“Ermənistan Respublikası İstintaq Komitəsinin İrəvan şəhərinin İstintaq İdarəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin 43-308-ci maddəsinin 1-ci hissəsində və 335-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətlər, o cümlədən terrorizmə qarşı mübarizə faktları üzrə başlanmış cinayət işləri çərçivəsində həyata keçirilən genişmiqyaslı istintaq və prosessual hərəkətlər nəticəsində, odlu silahın, onların hissələrinin, döyüş sursatı və digər materialların, cihazların, əşyaların, o cümlədən məsafədən işə salmaq üçün nəzərdə tutulmuş elektrik detonatoru, onun komponentləri, döyüş qumbarası, barıt, radiorabitə vasitələri və digər əşyaların qanunsuz dövriyyəsi ilə bağlı araşdırmalar aparılıb və 7 nəfər saxlanılıb. 

 

Elcan

Missiya.Az

Seçilən
87
50
missiya.az

10Mənbələr