AZ

Oğuzda Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsinə tikilən bulağın açılışı olub

Oğuz rayonunun Calud kəndində Birinci Qarabağ müharibəsinin şəhidinin xatirəsinə tikilən şəhid bulağının açılışı olub.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, tədbirdə rayon rəsmiləri, kənd ziyalıları, şəhid ailələri, qazilər iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini bildiriblər, şəhid və qazilərin göstərdiyi qəhrəmanlığın gənc nəsillər üçün örnək olduğunu vurğulayıblar. O da qeyd olunub ki, Birinci Qarabağ müharibəsində də Vətən uğrunda canlarından keçən Azərbaycan oğulları bu gün də unudulmur.

Qeyd edək ki, 1973-cü ildə Kəlbəcər rayonu, Bəzirxana kəndində doğulan Qaryağdı Haqverdi oğlu Bayramov 1992-ci ildə hərbi xidmətə yollanıb. İlk öncə Kəlbəcər batalyonunda topçu, daha sonra isə top komandiri kimi xidmət edib. Q.Bayramov 12 aprel 1993-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Onun ailə üzvləri Kəlbəcər rayonu işğal olunduqdan sonra Oğuz rayonunun Calud kəndində məskunlaşıblar.

Seçilən
33
20
report.az

10Mənbələr