Ermənistan və Yaponiya hərbçiləri 2025-ci ildə NATO tərəfindən keçiriləcək "Agile Spirit" ("Çevik ruh") adlı çoxmillətli hərbi təlimlərdə müşahidəçi qismində iştirak edəcəklər.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlər iyulun 25-dən avqustun 6-na qədər Gürcüstan ərazisində keçiriləcək.
"Məqsəd iştirakçı ölkələrin döyüş hazırlığını artırmaq, qarşılıqlı əməkdaşlığı və əməliyyat imkanlarını gücləndirməkdir",- məlumatda deyilir.
Qeyd edək ki, təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukrayna hərbçiləri iştirak edəcək.