Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlər iyulun 25-dən avqustun 6-na qədər Gürcüstan ərazisində keçiriləcək.
"Məqsəd iştirakçı ölkələrin döyüş hazırlığını artırmaq, qarşılıqlı əməkdaşlığı və əməliyyat imkanlarını gücləndirməkdir",- məlumatda deyilir.
Qeyd edək ki, təlimlərdə Gürcüstan, ABŞ, Türkiyə, Polşa, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva və Ukrayna hərbçiləri iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31