AZ

“Zirə” - “Hayduk” oyununun biletləri satışa çıxarılır

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Hayduk” (Xorvatiya) oyununun biletləri bu gün - iyulun 15-i saat 15.00-dan satışa çıxarılacaq.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 50 manat təşkil edir.

Satış məntəqələri isə Zirə İdman Kompleksi, “8-ci km stadionu” və Tofiq Bəhramov adına Respubilka stadionunun kassaları olacaq.

Seçilən
24
10
football-plus.az

10Mənbələr