"Zirə" növbəti həftə Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"u (Xorvatiya) qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, oyunun biletləri bu gün - iyulun 15-i saat 15:00-dan etibarən satışa çıxarılacaq. Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 50 manat təşkil edir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Görüşün biletlərini Zirə İdman Kompleksi, “8-ci km stadionu” və Tofiq Bəhramov adına Respubilka stadionunun kassalarından əldə edə bilərsiniz.

Qeyd edək ki, "Zirə" - "Hayduk" matçı iyulun 23-ü, saat 19:30-da start götürəcək.