UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Hayduk” (Xorvatiya) oyununun biletləri bu gün satışa çıxarılır.
"Cebheinfo.az" xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 50 manat təşkil edir.
Satış məntəqələri:
Zirə İdman Kompleksi, “8-ci km stadionu” və Tofiq Bəhramov adına Respubilka stadionunun kassaları.
"Cebheinfo.az"