BAKI, 15 iyul. TELEQRAF
“Marca” nəşri ötən mövsüm meydanda ən çox dəqiqə keçirən futbolçuların reytinq cədvəlini dərc edib.
Teleqraf xəbər verir ki, siyahıya İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Federiko Valverde başçılıq edir.
Uruqvaylı oyunçu 6000 dəqiqə həddini keçərək dünya rekorduna imza atıb. 27 yaşlı futbolçu "Real Madrid" vəUruqvay millisinin heyətində 72 oyunda 6116 dəqiqə meydanda olub.
İkinci sırada 5796 dəqiqə ilə İngiltərənin "Mançester Yunayted" komandasının və Portuqalıya yığmasının üzvü Bruno Fernandeş qərarlaşıb. İlk üçlüyü "Milan" (İtaliya) və Fransa millisinin qapıçısı Mayk Menyan qapayır. Onun aktivində 5624 dəqiqə var.