Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.
"Football-plus.az" xəbər verir ki, dəyişikliyə əsasən, komanda bu gün daha bir oyun keçirib. “Qırmızı-ağlar” Superliqa təmsilçisi “Konyaspor”la qarşılaşıb. Görüş Naxçıvan təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Araz-Naxçıvan"ın heyətində qolu Ramon Maçado vurub.
Qeyd edək ki, "Araz-Naxçıvan" toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.
Premyer-liqa klubu bunadək Türkiyə Həvəskar Liqa təmsilçisi "Bayburtspor"a 14:0 hesabı ilə qalib gəlib, Superliqa təmsilçisi "Alanyaspor"la isə 0:0 hesablı heç-heçə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta