AZ

“Araz-Naxçıvan” “Konyaspor”a uduzdu

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” bu gün Ərzurumda növbəti yoxlama matına çxıb.

Arena.az xəbər verir ki, “qırmızı-ağlar” Super Liqa təmsilçisi “Konyaspor”la qarşılaşıblar.

Görüş Naxçıvan təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan klubunun heyətində yeganə qolu Ramon Maçado vurub.

“Araz-Naxçıvan” daha öncə Türkiyə Həvəskar Liqa təmsilçisi “Bayburtspor”a 14:0 hesabı ilə qalib gəlmişdi, Super Liqa təmsilçisi “Alanyaspor”la isə heç-heçə etmişdi. Naxçıvan klubu toplanışı iyulun 17-də “Trabzonspor”a qarşı keçirəcəyi oyunla yekunlaşdıracaq.

Seçilən
21
1
arena.az

10Mənbələr