"Qalatasaray"ın transfer etmək istədiyi Mile Svilar "Roma"da qalacaq.
Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi serbiyalı qapıçının müqaviləsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı qolkiperlə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
"Roma" Mile Sviları 2022-ci ilin yayında "Benfika"dan transfer edib. Serbiya millisinin üzvü ötən mövsüm "canavarlar"ın heyətində 51 rəsmi matçda meydana çıxıb.