ain.az bildirir, Unikal.az portalına istinadən.
Ağstafa Rayon İcra hakimiyyətinin başçısı Seymur Orucov rayonun digər rəhbər şəxsləri ilə birlikdə taxıl sahəsində aparılan biçin işlərinin gedişi ilə yerində tanış olub.
"Unikal" xəbər verir ki, respublikamızın hər yerində, o cümlədən Ağstafa rayonunda arpa və taxıl biçini işləri davam edir. Rayonda cari ilin məhsulu üçün 7929,0 hektar sahədə taxıl, o cümlədən 2740,0 hektar sahədə arpa və 5189,0 hektar sahədə buğda əkilmişdir. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişdirilib. Bundan əlavə, taxıl biçininin müvafiq qaydalara uyğun şəkildə zəruri hazırlıq işləri görülüb.
Biçinlə əlaqədar sahələrə əlavə kombayn cəlb edilib. Hazırda qısa vaxt ərzində 7929,0 hektar taxıl sahəsinin 5880,0 hektarında biçin aparılıb. Qalan 2049,0 hektar sahədə də biçin işləri sürətlə davam etdirilir. Biçin aparılmış sahələrdən bol məhsul tədarük olunub. Hər hektarın məhsuldarlığı orta hesabla 30 sentnerdir. Bu isə o deməkdir ki, bu il də Ağstafada taxılın məhsuldarlığı qənaətbəxş hesab olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.