AZ

Azərbaycanda sahələrdən 2,4 milyon tona yaxın arpa və buğda yığılıb

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədaryaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun7-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 76,1 faizində biçin başaçatıb.

TrendNazirliyə istinadən xəbər verir ki, mövsüm ərzində 707 min 197hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 milyon 386 min 294ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,7sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü iləmüqayisədə 2 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 311 min 171 hektar buğda,396 min 26 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 milyon 131min 941 ton buğda, 1 milyon 254 min 352 ton arpa yığılıb. Buğdasahələrinin 62,8 faizində, arpa sahələrinin isə 91,2 faizində biçinyekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,4 sent/ha, arpa üzrəisə 31,7 sent/ha təşkil edir.

Artıq Abşeron, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Göyçay,Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan,Tərtər, Ucar və Yevlax rayonlarında biçin tam yekunlaşıb.Ümumilikdə 24 rayonda taxıl biçininin həcmi 95 faizi keçib, ocümlədən 21 rayonda buğda, 39 rayonda isə arpa sahələrinin 95faizdən çoxu biçilib.

Hazırda biçin prosesində 1 159 kombayn iştirak edir. Bunlardan467 kombayn “Aqroservis” ASC-nin, 692 kombayn isə fiziki və hüquqişəxslərin mülkiyyətində olan texnikalardır. Operativ məlumata görə,hazırda ən aktiv biçin Şəki (120 kombayn), İsmayıllı (80 kombayn),Qusar (65 kombayn), Tovuz (61 kombayn), Qazax (54 kombayn), Qəbələ(54 kombayn), Xaçmaz (52 kombayn), Oğuz (50 kombayn), Şamaxı (48kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılır.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağıproqnozlaşdırılır.

Məqalədə:
Seçilən
7
24
az.trend.az

10Mənbələr