AZ

Muğan bölgəsində arpa biçini yekunlaşıb

Cəlilabad, Biləsuvar və İmişli rayonlarında arpa biçini işləri başa çatıb.

Bakues.az xəbər verir ki, Cəlilabad rayonunda bu il 13 min 450 hektar arpa sahəsindən 42 min 980 ton məhsul biçilib.

Biləsuvar rayonunda bu il 24 min 114 hektar sahədə arpa əkilib və 72 min 345 ton məhsul əldə olunub.

İmişli rayonunda isə bu il 6 min 844 hektar arpa sahəsindən 26 min 702,8 ton məhsul toplanıb.

Fermerlərin sözlərinə görə, hazırda məhsulun satış qiymətinin kiloqramı 25-30 qəpik təşkil edir.

Seçilən
9
1
icma.az

10Mənbələr