UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah"ın rəqibi olan Sloveniya təmsilçisi "Selye" qapıçısı Matyaj Rozmanla yollarını ayırıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli qolkiper "Selye"nin heyətində ümumilikdə 208 oyunda meydana çıxıb.
Qeyd edək ki, “Sabah”la “Sele” arasında Bakıda keçirilən ilk matçda Sloveniya təmsilçisi 3:2 hesablı qələbə qazanıb. Komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.