AZ

"Sabah"ın rəqibi qapıçısı ilə yolları ayırıb

"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Sele" (Sloveniya) qapıçısı Matyaj Rozmanla yolları ayırıb.

Qolkiper "Sele"nin heyətində 208 matçda meydana çıxıb. 38 yaşlı qapıçı "Sele"nin heyətində 2 dəfə Sloveniya çempionu və 1 dəfə ölkə kubokunun qalibi adını qazanıb.

Qeyd edək ki, “Sabah”la “Sele” arasında Bakıda keçirilən ilk matçda Sloveniya təmsilçisi 3:2 hesablı qələbə qazanıb. Komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.

Seçilən
3
9
cbcsport.az

10Mənbələr